BURADA REKLAMINIZ OLA
BİLƏR

Fəttah Heydərovun xatirəsi parlamentdə yad edildi

“Fəttah Heydərovun parlamentin bugünkü səviyyəyə gəlib çatmasında özünəməxsus rolu olub”.

 

Pravda.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.

 

S. Qafarova bildirib ki, F. Heydərovun fəaliyyətinin bir istiqaməti də Ağsaqqallar Şurasına sədrliklə bağlıdır: “Onun haqqında düşünərkən gözlərimiz önündə yüksək mənəvi keyfiyyətli ilə seçilən Azərbaycan ziyalısı canlanır. Xahiş edirəm onun əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edək”.

 

Deputatlar Fəttah Heydərovun xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Tarix: 5 Avqust 2020, 11:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin