Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

“Bir ovuc azərbaycanlı həmvətənlərinin dözülməz yaşayışlarının üzərindən gələcəklərini qurmaq istəyirlər” - Rəsul Quliyev

1 558
Paylaş:
“Bir ovuc azərbaycanlı həmvətənlərinin dözülməz yaşayışlarının üzərindən gələcəklərini qurmaq istəyirlər” -       Rəsul Quliyev

“Azərbaycanda müxtəlif adlar altında çoxlu qurumlar var. Onlardan biri də Milli Şura adlandırılır. 2013-cü il prezident seçkilərinə hazırlıqda 10-a yaxın təşkilat yığışıb ümumi seçki kampaniyası aparmaq və ümumi namizəd irəli sürmək üçün bir komanda yaratmışdı və adını Milli Şura qoymuşdu. Həmin Milli Şura gözlənilməz bir addım atdı, heç kimin tanımadığı, heç bir idarəçilik təcrübəsi olmayanı namizəd kimi irəli sürdü və bir təşkilat kimi ölümünə imza atdı. Mən həmin dəqiqədən belə bir təşkilatı tanımadığımı qeyd etdim. Az bir zamanda Milli Şuranı təsis edən partiya və təşkilatların hamısı (Azərbaycan Xalq Cəbhəsi Partiyasından başqa) MŞ-nı tərk etdi və bu təşkilat ləğv olundu. Buna baxmayaraq bəzi adamlar bu təşkilatın adını mənimsədi və bu günə qədər özlərini Milli Şura adlandıraraq bəyanatlar verir, iclaslar keçirir. Mən bu adamları buraxdıqları biabırçı səhvlərinə görə artıq 7 ildir tənqid edirəm. 7 ildir hökumətin bu adamların müqəvvasını Avropa Şurası, ABŞ, beynəlxalq təşkilatlara müxalifət kimi təqdim etdiyini və onların müxtəlif internet səhifələri, “Youtube”da yazdıqları və dedikləri əcaib yalanlar, şər və böhtanları ölkədə azad sözün təntənəsi kimi təqdim etdiyini demişəm. Həqiqətən Azərbaycan höküməti , onun liderlərinin əleyhinə deyilən ən yaramaz yalanlara belə qulaq asmaq, baxmaq olar, heç bir problem yoxdur. Kimisə Məlikməmməd rolunda təqdim etmək üçün onun izolyasiyaya salınmasından, pələng qollarına zəncir vurulmasından şikayətlər edilir, bəyanatla ona azadlıq tələb edilir. Paralel bu qəhrəman hər gün və ya iki-üç gündən biri efirə və ya internet səhifələrinə çıxır, onu izolyasiyaya salıblar, qoymurlar gəlib xalqı azad etsin, çünki ondan qorxurlar çıxışlarını edir. Komediya göstərməyin də duzu olmalıdır, ağ etmək olmaz”.

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib.

R.Quliyev qeyd edib ki, Milli Şuranın "izolyasiya”da olmayanları video iclaslar keçirir, bu adamların çıxışlarına qulaq asmaq ən ağır işgəncədir: “Mən, adətən, onların boş danışıqlarına qulaq asmıram. Ancaq hərdən bu tarixi video müzakirələrin bəzi kiçik parçalarını mənə göndərirlər və mən qulaq asıb “Bir neçə gün yadından çıxar, cavab vermə” deyə özümü dilə tuturam, ancaq mümkün olmur. Bu müzakirələrin mərkəzində “Hökumət və biz hansı addımları atmalıyıq ki, insanlar yaşaya bilməsin, acından, xəstəlikdən qırılmağa başlasın, məcbur olub hökumətin üstünə yerisin, nə qədəri qırılacaq fərqi yoxdur, təki biz hakimiyyəti ələ keçirək” prinsipi dayanır. Bu təklifdən ruhlananlar “Tək bizlə iş düzəlməz, tanış adamları da bu barədə yazmağa cəlb etməliyik” deyirlər. Bu ərəfədə kimlərsə hesabat verir, “Bu işlə məşğulam, xahişimlə artıq yazıblar” deyir. 10 min il bundan öncə təbii fəlakətlər planetin müxtəlif yerlərində başlayanda, instinktlə və ağlı ilə bunun qarşısını almaq üçün birləşirdi. Hər bir canlı özünü qorumaq və nəslini artırmaq instiktinə malikdir. Ona görə həyat davam edir. Dünyada 1000 illərdir, baş vermiş yüzlərlə fəlakətlərin qarşısını almaq üçün insanlar birləşir. Özünün mənəviyyat və əxlaqından, yüksək adət ənənəsindən dəm vuran bir ovuc azərbaycanlı öz həmvətənlərinin sümükləri, ağır, dözülməz yaşayışlarının üzərində özlərinin gələcəklərini qurmaq istəyirlər. Burada nöqtə qoyuram. Arxasın özünüz düşünün…”

Paylaş:

Ən son xəbərlər