Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

“Biz yardım etdiyimiz kimi, digər ölkələrdən də bizə yardımlar edilə bilər” - Prezidentin köməkçisi

1 310
Paylaş:
“Biz yardım etdiyimiz kimi, digər ölkələrdən də bizə yardımlar edilə bilər” -     Prezidentin köməkçisi

"Xaricdən gələn həkimlərin maliyyə ödəmələri Azərbaycanla həmin ölkələr arasında olan əməkdaşlığa əsasən, həyata keçirilən layihələrdir”.

Pravda.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu, həmçinin beynəlxalq müstəvidə qəbul edilmiş qarşılıqlı yardım prosesinin nəticəsidir: “Burada dövlətlərarası münasibətlər nəzərə alınmalıdır. Biz yardım etdiyimiz kimi, digər ölkələrdən də bizə yardımlar edilə bilər. Bu kimi hallar çox müsbət tendensiyadır”.

Paylaş:

Ən son xəbərlər