Azərbaycan Dövlət Televiziyasının (AzTV) keçmiş aparıcısı Müslümət Rzaxanova Bilgəhdəki “Qocalar evi”ndə yaşayır.
Pravda.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə Lent.az-ın Ahıl şəxslər üçün sosial xidmət müəssisəsindən (“Qlocalar evi”) hazırladığı reportajda bildirilib.
85 yaşlı Müslümət Rzaxanova artıq 3 ildir ki, “Qocalar evi”ndə yaşadığını deyib. O, uzun müddət – 46 il AzTV-də çalşıb. M.Rzaxanova vaxtilə Dövlət Televiziyasında yayımlanan məhşur "Qitələr, hadisələr" verilişinin aparıcısı olub.
M.Rzaxanovanın oğlu ömürlük həbsdədir. O, “Qocalar evi”nə yerləşməzdən xeyli öncələr Ömürlük Məhbusların Hûquqlarını Müdafiə Komitəsi adlı təşkilat yaradaq ona rəhbərlik edirdi. Həmin vaxtlarda M.Rzaxanovanın rəhbərlik etdiyi qurum ömürlük məhbuslarla bağlı məslələrə operativ reaksiya verir, onları dərhal ictimailəşdirirdi.
M.Rzaxanova bildirib ki, oğlu artıq 32 ildir ki, həbsdədir.
Onun oğlu Şakir Rzaxanov 1996-cı ildə qəsdən adam öldürmə ittihamı ilə ölüm hökmünə məhkum edilib. Sonradan ölüm hökmü ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənib. Bu barədə Müslümət Rzaxanova illər əvvəl Modern.az-a verdiyi müsahibədə də danışmışdı.