BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış marketinq mütəxəssisi imzatoplama kampaniyasına başladı

Tanınmış marketinq mütəxəsisi, gənc iqtisadçı Ayaz Qocamanov növbədənkənar parlament seçkilərində iştirak edəcək.

 

Pravda.az xəbər verir ki, iqtisadçı 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən bitərəf olaraq namizədliyini irəli sürüb.

 

"Seçki prosesinə ilk qoşulan və iddialı namizədlərdən biriyəm. Atrıq imzatoplama kampaniyasına başlamışıq. Komandamızın böyük hissəsini formalaşdırmışıq. Çalışacağıq ki, maraqlı və aktiv seçki kampaniyası təşkil edək. Bütün prosesə şəxsən özüm nəzarət edirəm, imzatoplama kampaniyasının qanuni çərçivədə aparılmasına çalışırıq" – A.Qocamanov bildirib.

 

Gənc iqtisadçı Ayaz Qocamanov bildirib ki, sözügedən dairədən namizədliyini irəli sürən bütün namizədləri rəqib hesab edir və onlara uğurlar arzulayır: "87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən aktiv və sivil seçki marafonu təşkil etmək üçün əlimizdən gələni edəcəyik".

 

Qeyd edək ki, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən bundan əvvəl Milli Məclisin deputatı Vəhdət Partiyasının sədri Tahir Kərimli mandat almışdır.

Tarix: 18 Dekabr 2019, 14:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin