Türkiyənin məşhur aktyoru Haldun Boysan vəfat edib.
"Kurtlar vadisi"nin məşhur aktyoru öldü
Pravda.az-ın xəbərinə görə, H.Boysan “Maria ile Mustafa” adlı serialın çəkilişləri zamanı səhhətində problem yaranıb. Təcili yardım gəldikdən sonra, məlum olub ki, məşhur aktyoru infarkt vurub və o dünyasını dəyişib.
Qeyd edək ki, H.Boysan “Kurtlar Vadisi” serialında məşhur Tombalacı Mehmet obrazını canlandırıb.