Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Əkrəm Həsənov: “Sabiq deputat İlham Əliyevə bəd xəbərim var…”

1 808
Paylaş:
Əkrəm Həsənov: “Sabiq deputat İlham Əliyevə bəd xəbərim var…”

“Sabiq deputat İlham Əliyev azadlığa çıxdı. İlk növbədə onun qızını təbrik edirəm. Çünki baş verənlərdən ən böyük sarsıntını o xanım keçirib. Həmişə toyunu qəmli xatırlayacaq təəssüf ki...”.

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov deyib.

Ə.Həsənovun sözlərinə görə, sabiq deputatın müsahibəsindən belə başa düşülür ki, həbsdə olarkən baş verənlər haqda tam məlumatlı olub: “Hətta hansı saytın nə yazması, kimin nə deməsi haqda. Məhkəmə prosesi canlı yayımlanan şəxsin həbsdə də müasir texnologiyalara uyğun məlumatlı olması təəccüblü deyil... Kredit-borc məsələləri ilə məşğul olan şəxs kimi isə sabiq deputata bəd xəbərim var: bundan sonra ona borclu olanlar borcunu ən yaxşı halda çətinliklə ödəyəcək, onun borclu olduğu şəxslər isə onunla dirəşəcəklər. Kredit dünyasının cəngəllik qanunları belədir...”

Paylaş:

Ən son xəbərlər