Sabahdan rayonlara gediş-gəliş açılır, hər kəsə görə çox sevinirəm buna, həm də eqoistik məqamlar var sevincimdə, çünki daxili turizmlə bağlı bəzi layihələri nəhayət ki, gerçəkləşdirmək olacaq.
Amma ehtiyatlı hisslər də var. Böyük Köç başlayacaq, ölkədaxili güclü miqrasiya prosesləri.
Və düşünürəm ki, əsas axın Bakıdan rayonlara deyil (şənbə-bazar istisna), əks istiqamətdə olacaq. Odur ki, gəlin bizi yenidən qapatmağa bəhanə verməyək, bu dəfə mən hamımızı məsuliyətli olmağa çağırıram.
Maska ilə cici-bacı olaq, nikah olmadan març-murcu dayandıraq, hətta deyərdim əlimizi də yuyaq, sadəcə, Qəbələyə gedəndə özünüzlə su aparın, kəndlərdə su yoxdur.
Biz son 6 ayda çox çətinliklərlə üzləşdik və iş-güc-pul-para-stress kimi problemlərlə yanaşı, mənəvi əziyətlər çəkdik.
Valideyinlərimizi görə bilmədik bir müddət, nəvə-nəticələr nənə-babalardan uzaq oldular, sms-lər, lokdaunlar və s. və i., özünüz bilirsiniz.