Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Daha bir tanınmış müğənni Azərbaycanı tərk etdi

1 647
Paylaş:
Daha bir tanınmış müğənni Azərbaycanı tərk etdi

Müğənni Fədayə Laçın artıq martdan bu yana Moskvada yaşayır.

Pravda.az xəbər verir ki, koronavirus infeksiyasının yeni yayılmağa başladığı ərəfədə sənətçi Moskvada konsert və toy şənliyində yer almaq üçün ora yollanıb. Daha sonra sərhədlər bağlandığı üçün Fədayə geri qayıda bilməyib.

"Oğlum Əlhəmlə birlikdə kirayə ev tutan ifaçı artıq 7 aydlr orada qalır. Hər dəfə sosial şəbəkədə izləyicilərinin bunla bağlı suallarını cavablandıran müğənni "Yollar bağlıdır, açılanda gələcəm. Bakıdan köçməmişəm" cavabını verib.

Əldə etdiyimiz məlumata görə, F.Laçın sərhədlər açılandan sonra da Bakıya qayıtmamaq qərarı alıb. Yaradıcılığına da orada davam edən sənətçi hər gün toy, şənliklərdə çıxış edir.Axşam.az

Paylaş:

Ən son xəbərlər