Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Ağdaşın deputatı: “Rayonda yol infrastruktru yenidən qurulur ki, bu da insanların rahatlığını təmin edir”

1 528
Paylaş:
Ağdaşın deputatı: “Rayonda yol infrastruktru yenidən qurulur ki, bu da  insanların rahatlığını təmin edir”

“Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ağdaş rayonunda altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Qobuüstü–Yuxarı Nemətabad–Hacılar–Aşağı Nemətabad–Yenikənd–Qəribli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 16,4 milyon (on altı milyon dörd yüz min) manat  vəsaitin ayrılması haqqında Sərəncam imzalayıb.  Bu Sərəncamın imzalanması Ağdaş ictimaiyyəti tərəfindən böyük sevinclə qarşılanıb. Ölkəmizin hər bir bölgəsində olduğu kimi rayonumuz Ağdaşda da yol infrastruktru yenidən qurulur ki, bu da  insanların rahatlığını təmin edir”.

Pravda.az-ın xəbərinə görə, bunu Ağdaş rayonunun deputatı Cavid Osmanov deyib.

C.Osmanov qeyd edib ki, bundan əlavə, bir müddət öncə ölkə başçısı cənab İlham Əliyev Ağdaş rayonunda 11 yaşayış məntəqəsinin qazlaşdırılması haqqında da Sərəncam imzalamış və hal-hazırda həmin yaşayış məntəqələrində təbii qaz xəttlərinin çəkilişi davam edir: “Bütün bunlar cənab Prezidentimiz İlham Əliyevin ölkəmizin hər bir bölgəsinə  xüsusi diqqət və qayğısının göstəricisidir. Möhtərəm cənab Prezident! Azərbaycanın hər bir bölgəsi kimi  Ağdaş rayonuna da göstərdiyiniz diqqət və qayğıya görə Sizə öz dərin minnətdarlığımızı bildiririk”.

Paylaş:

Ən son xəbərlər