“Burada bütün türk elləri üçün körpü rolunu oynayan Azərbaycanın üzərinə xüsusi yük düşür. Biz vahid türk dövləti yaratmaq üçün hər bir türkün anlayacağı vahid türk dilinin formalaşmasına öz töhfəmizi verməliyik”
“Lazım gəlsə, biz "ə" fonemindən də imtina etməliyik...”
Bunu yazıçı Səfər Alışarlı deyib. Yazıçı bildirib ki, Azərbaycanda rus dilini körükləyənlərin böyük əksəriyyəti rus xüsusi xidmət orqanlarının agentləridir:
“Azərbaycanda rus dilinin işlənmə meydanı hər gün bir az daraldılmalıdır. Türk dilinin Anadolu şivəsinə, əksinə, daha çox yer verilməlidir. Çünki bu şivənin ümumtürk dili olmaq perspektivi böyükdür. Burada bütün türk elləri üçün körpü rolunu oynayan Azərbaycanın üzərinə xüsusi yük düşür. Biz vahid türk dövləti yaratmaq üçün hər bir türkün anlayacağı vahid türk dilinin formalaşmasına öz töhfəmizi verməliyik. Burada bütün türk dilləri müyəən leksik, semantik, orfoqrafik və orfoepik qurbanlar verməyə məcburdur. Lazım gəlsə, biz "ə" fonemindən də imtina etməli və vahid dilin əsaslarının yaradılmasında fəal iştirak etməliyik. Azərbaycanda rus dilini körükləyənlərin böyük əksəriyyəti rus xüsusi xidmət orqanlarının agentləridir. Onların içində layihə olaraq məşhurlaşdırılmış yazıçılar, aktyorlar, müğənnilər, siyasi xadimlər-filanlarla bizim dörd tərəfimiz doludur. Mən onlara bir sual üzərində düşünməyi tövsiyə edərdim: "Rus dilinin daşıyıcısı olan hər hansı bir azərbaycanlı bizim xalqımıza, onun azadlığına və istiqlalına konkret nə töhfə verib?" Ona görə onların dediklərinə fikir vermədən biz yetişməkdə olan tarixi şəraitdə türk millətinin böyük gələcəyini qurmalıyıq. Bu yolun ən etibarlı özüllərindən biri türk dilidir”.Moderator