BURADA REKLAMINIZ OLA
BİLƏR

"Tofiuq Yaqublu üzərindən bəzi radikal qüvvələr şou düzəltməyə çalışırdılar" - Deputat

"Tofiq Yaqublu ilə bağlı qərar bir daha Azərbaycan dövlətinin növbəti humanist addımının bariz nümunəsidir. Bir çox ziyalıların ölkə rəhbərliyinə müraciətinin, ictimai rəyin nəzərə alınması və bir insan həyatının xilas olunması Azərbaycan dövlətinin yürütdüyü siyasətin mərkəzində vətəndaş amilinin durduğunu göstərir".

Pravda.az xəbər verir ki, bunu deputat Cavid Osmanov deyib. O bildirib ki, ancaq Tofiuq Yaqublu üzərindən bəzi radikal qüvvələr şou düzəltməyə çalışırdılar:

"17 gün ərzində biz bir daha Azərbaycan xalqı, cəmiyyəti əmin oldu ki, bu şouda iştirak edənlər Tofiq Yaqublunun həyatına olan təhlükənin marağında deyillər. Hətta Tofiq Yaqublunun həyatını itirməsi onlar üçün ən arzuolunan ssenari idi. Bu gün 5-ci kolonun nümayəndələrini, xaricdə oturan və Azərbaycana, xalqımıza qarşı hər zaman şər-böhtan, söyüş kampaniyası aparanları, Milli Şuranın üzvlərini, Əli Kərimli, Cəmil Həsənli və bunlar kimi antimilli qüvvələri Tofiq Yaqublunun həyatı maraqlandırmırdı. Onlar birmənalı olaraq, T. Yaqublunu aclıq aksiyasını davam etdirməyə çağırırdılar. Əslində bu qüvvələr T. Yaqublu üzərindən qurulmuş ssenari, onların yaratdığı şou, Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı edilən çağırışlar qəbuledilməzdir. Azərbaycanda hər bir məsələ qanun çərçivəsində həll olunur. Bugünkü qərar da bunu bir daha göstərdi. Bununla yanaşı hər kəs bilməlidir ki, Azərbaycan dövləti ilə heç kəs təhdid və şantaj yolu ilə danışa bilməz”.  

Deputat qeyd edib ki, heç bir fəaliyyəti olmayan, işləri-gücləri sosial şəbəkələrdə qeybət, dedi-qodu yaymaq olanlar üçün insan həyatının heç bir dəyəri yoxdur: "Onun qızının atasını aclığı davam etdirməyə çağırması təəccüblüdür.  Bu, ümumilikdə qəbulolunmaz haldır.  Görünür burada  əlində alət olduqları Əli Kərimlini hansısa kaprizlərini təmin etmək daha vacib imiş. Yenidən ikili standartlara xidmət edən beynəlxalq təşkilatları saxta donoslar verərək Azərbaycana qarşı növbəti qarayaxma kampaniyasını başlatamağa, Azərbaycanın beynəlxalq nüfuzunu zədələməyə çalışırdılar”.

C. Osmanov vurğulayıb ki, bu gün bir daha Azərbaycanla heç kəsin şantaj və yaxud diqtə yolu ilə heç nə etməyə qadir olmadığı məlum oldu.APA

Tarix: 18 Sentyabr 2020, 19:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin