BURADA REKLAMINIZ OLA
BİLƏR

Araz Əlizadə xəstəxanadan çıxmaq istəyir

“Araz Əlizadə xəstəxanadan çıxmaq istəyir”.

 

Pravda.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Araz Əlizadənin həyat yoldaşı məlumat verib.

 

O bildirib ki, A.Əlizadə evə qayıtmaq istəsə də, o xəstəxanadan çıxmasına icazə vermir: “Mən istəyirəm ki, o hələ xəstəxanada qalsın. Çünki buraxsalar, evdə oturmayacaq. Buna görə həkimlərdən xahiş etdim ki, bir neçə gün də xəstəxanada müalicəsinə davam etsin”.

 

Xatırladaq ki, deputat Araz Əlizadə böyrək çatışmazlığı diaqnozu ilə bir neçə gün öncə xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.Lent.az

Tarix: 20 Dekabr 2019, 20:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin