Milli Məclisin 2020-ci il payız sessiyasının qanunvericilik işləri planı məlum olub.
Pravda.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, İş Planına 14 məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri.
2. Azərbaycan Respublikası Dövlət büdcə Zərfinə daxil olan qanun layihələri.
3. Azərbaycan Respublikası Milli Məclisinin İntizam Komissiyasının Əsasnaməsi nin təsdiq eidlməsi haqqında” qanun layihəsi.
4. Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin Xüsusi hissəsinin “Sülh və insanlıq əleyhinə cinayətlər” bölməsinin yeni redaksiyasının layihəsi.
5. “Daxili qoşunlar haqqında” qanun layihəsi.