BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatlığa namizəd olmaq istəyənə “STOP”

15 saylı Yasamal seçki dairəsindən namizədliyi özü tərəfindən irəli sürülən Rəsul Cəfərov namizədliyinin Dairə Seçki Komissiyasının təsdiq olunmasından imtina ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib.

 

Pravda.az-ın xəbərinə görə, R. Cəfərovun müraciətinə MSK-nın iclasında baxılıb. Bildirilib ki, Dairə Seçki Komissiyası namizədliyin irəli sürülməsindən təsdiq edilməsindən imtinanı onunla əsaslandırıb ki, sözügedən şəxs Cinayət Məcəlləsinə görə ağır cinayətə cəlb olunmuşdur. Seçki Məcəlləsinə görə, ağır cinayətlərə görə məhkum edilmiş şəxslər Milli Məclisə deputat seçilə bilməzlər. Şəxsin ödənilməmiş məhkumluğu olduğuna görə namizədliyi təsdiq edilməyib. MSK DSK-nın qərar layihəsini olduğu kimi saxlayıb.

 

R. Cəfərov iclasda çıxış edərək bildirib ki, Avropa Məhkəməsinin qərarına görə ona qarşı irəli sürülən müddəalar xətalıdır: "Avropa Məhkəməsinin qərarına əsasən namizədliyimi irəli sürmüşəm. Belə bir qərar olmasaydı, namizədliyimi irəli sürməzdim".

 

Qeyd edək ki, Rəsul Cəfərov deputatlığa namizədliyini ReAl Cümhuriyyətçilər İttifaqından irəli sürüb.

Tarix: 21 Dekabr 2019, 15:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin