Ermənistanın işğalçılıq siyasəti artıq dünya ictimaiyyəti tərəfindən də qınaq hədəfinə çevrilib. Son iki ildə münaqişənin nizamlanması istiqamətində heç bir iş görməyən təcavüzkar ölkəninn baş naziri Nikol Paşinyan vəziyyəti daha da gərginləçdirərək müharibə həddinə çatdırdı. Bir neçə ay əvvəl Tovuz rayonu ərazisində təxribatlar törədən, sərhədboyu əraziləri artilleriya atəşinə tutan, hərbçilərimizi və mülki əhalini qətlə yetirən, yaşayış məntəqələrinə ciddi ziyan vuran Ermənistan ordusu Silahlı Qüvvələrimizin sarsıdıcı zərbələri qarşısında davam gətirə bilmədi və böyük itkilər verərək geri çəkildi.
Gözləmək olardı ki, düşmən bu ağır məğlubiyyətdən ibrət dərsi götürəcək və işğalçı siyasətinə son qoyacaq. Ancaq hər şey gözləntilərin əksinə oldu. Bir neçə gün əvvəl Ermənistan ordusu genişmiqyaslı hücuma keçərək ərazilərimizi ələ keçirmək isrədi. İşğalçı ölkənin budəfəki hücumu bir daha təsdilqədi ki, onlar bu əməliyyata qabaqcadan hazırlaşıblar. Hətta dövlətimizin başçısı Təhlükəsizlik Şurasının iclasında da açıq şəkildə dedi ki, Ermənistanın hərbi təxribatı planlaşdırılmış təxribatdır. Onlar bu təxribata uzun müddətdir ki, hazırlaşırdılar. Bizdə olan operativ məlumat onu göstərirdi ki, Ermənistan bizə qarşı yeni müharibəyə başlamaq fikrindədir. Möhtərəm Prezidentimiz bu məsələ ilə bağlı artıq son bir həftə ərzində bir neçə dəfə həm televiziya kanallarında müsahibəsində, eyni zamanda, BMT kürsüsündən çıxış edərkən öz fikirlərini bildirmişdi. Ancqaq həmişə olduğu kimi, bu dəfə də dünyada baş alıb gedən ikili standart Ermənistanın xeyrinə işlədi və işğalçı ölkə müharibəyə başladı.
Sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırarkən dövlətimizin başçısı son günlər baş verənlər barəsində ətraflı məlumat verdi. Möhtərəm Prezidentimiz ölkəmiz üçün önəmli və taleyüklü bir dövrdə Rusiyanın “Rossiya l” telekanalına müsahibə verərək sentyabrın 27-də Ermənistanın təxribatı nəticəsində başlanmış müharibə haqqında həqiqətləri böyük auditoriyaya çatdırdı. Prezident İlham Əliyev Rusiya ictimaiyyətini Ermənistanın təxribatları, işğalçılıq və təcavüz siyasəti haqqında məlumatlandırdı.
Dövlət başçısı böyük auditoriyadan istifadə edərək Ermənistanın dinc əhaiyə qarşı müharibə apardığını, təcavüzkar ordunun əsas hədəfinin yaşayış məntəqələri və mülki əhali olduğunu bildirdi. Dedi ki, qısa vaxt ərzində hərbi təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var.
Aparıcının Türkiyənin Azərbaycana kömək etməsi barədə hətta “Ankara Prezidentin və Xarici İşlər nazirinin şəxsində rəsmən bəyan edib ki, döyüş meydanında Sizə kömək edəcək” – fikirlərinə aydınlıq gətirən ölkəmizin rəhbəri Rusiyanın aparıcı mediasında Türkiyənin maraqlarını qorudu və qardaş ölkəni müdafiə etdi. Bildirdi ki, Türkiyə Azərbaycanı, beynəlxalq hüququ müdafiə edir, eyni zamanda, ölkəmizə mənəvi dəstək verir və hazırkı vəziyyətdə onun başqa rolu yoxdur. Türkiyənin rolunun regionda sabitləşdirici xarakter daşıdığnı bildirən dövlət başçısı Türkiyənin bizə qardaş ölkə və bizim müttəfiqimiz olduğunu bildirdi. Ermənistanın Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycanı və beynəlxalq hüququ dəstəkləyib.
Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ kobud şəkildə pozur. Türkiyənin rolu, əslində, məhz bundan ibarətdir, başqa heç bir rolu yoxdur. Ölkə başçısı Türkiyənin bizə mənəvi dəstək göstərdiyini bildirdi. Buna görə də biz Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına bizimlə həmrəy olduğuna və bizi dəstəklədiklərinə görə təşəkkür edirik. Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki dildə desək, bu, feyk-nyusdur. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır.