Bu gün Özbəkistan parlamentinin Ali Məclisinə seçkilər keçirilir.
Azərbaycanlı deputatlar Özbəkistanda seçkini izləyir
Pravda.az xəbər verir ki, seçkiləri 800-dən çox beynəlxalq, 140 min yerli müşahidəçi, o cümlədən Müstəqil Dövlətlər Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı, ATƏT, ATƏT Parlament Assambleyası və digər beynəlxalq təşkilatların nümayəndələri izləyir.
Milli Məclisin deputatları Cavanşir Paşazadə və Eldar İbrahimov də beynəlxalq müşahidəçilər arasındadır.