Bakı Dövlət Universitetinin (BDU) 18 yaşlı magistrantı Milli Məclisə keçiriləcək seçkilərə namizədliyi irəli sürüb.
4 yaşında şagird, 14 yaşında tələbə, 18 yaşında magistr olan azərbaycanlı xanım deputatlığa namizəd oldu
Pravda.az xəbər verir ki, hazırda magistr təhsilini dövlət sifarişi əsasında 114 balla qəbul olduğu BDU-nun Beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə davam etdirən Turanə Tağıyeva Milli Məclisin VI çağırışına keçiriləcək növbədənkənar seçkilərə namizədliyini irəli sürüb.
Qeyd edək ki, T.Tağıyeva 2000-ci ilin avqustunda anadan olub. 4 yaşında 193 nömrəli məktəbə gedib. 10-11-ci sinfi isə 212 nömrəli məktəbdə davam etdirib. 14 yaşında BDU-ya qəbul olub. T.Tağıyeva BDU-da bakalavr təhsilini bu il fərqlənmə diplomu ilə bitirib. 18 yaşlı tələbə magistraturaya keçirilən qəbul imtahanlarının iki mərhələsində 114 bal toplayıb.