BURADA REKLAMINIZ OLA
BİLƏR

Ziyad Səmədzadə yenə deputat olmaq istəyir

Milli Məclisin ağsaqqal deputatlarından sayılan Ziyad Səmədzadə parlament seçkilərində iştirak edəcək.

 

Pravda.az-ın xəbərinə görə, deputat bunun bağlı Modern.az-a danışmaq istəməsə də, onun yaxınları məlumatı təsdiqləyiblər.

 

Onun namizədliyini irəli sürəcəyi dairənin də dəyişməz qaldığını vurğulanıb: “Həmişəki qaydada 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyini sürəcək. O, yenidən deputat seçiləcəyi təqdirdə göstərilən etimadı doğrultmağa çalışacaq”.

 

Qeyd edək ki, akademik Ziyad Səmədzadə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədridir, 2005-ci ildən deputat kimi fəaliyyət göstərir.

Məlumat üçün xatırladaq ki, Ziyad Səmədzadə 1940-cı ilin iyun ayının 25-də Bakı şəhərinin Buzovna kəndində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1962-1965-ci illərdə SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil almış və elə həmin institutda namizədlik dissertasiyası müdafiə etmişdir.

Tarix: 23 Dekabr 2019, 19:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin