BURADA REKLAMINIZ OLA
BİLƏR

Qarabağa aid sualı milyonların qarşısında səsləndirdi - VİDEO

Türkiyənin məşhur aktyoru Kənan İmirzalıoğlu tvitterdə aktiv şəkildə Azərbaycana dəstəyini nümayiş etdirib.

 

Pravda.az xəbər verir ki, serial, kino və TV ulduzu hesabında Ermənistanın Gəncəyə son hücumuna ayrıca yer verib. Kənanın ilk tviti uşaqların qətliamı ilə bağlı olub: “Uşaqların öldüyü yerdə insanlıqdan nifrət etməmək mümkün deyil”.

 

Daha sonra aktyorun “Vətənmi istədiniz beşikdəki körpədən?” statusu ötən gün Türkiyə və Azərbaycan sosial şəbəkə istifadəçilərinin ən çox yaydığı paylaşım olub.

 

Həmçinin, İmirzalıoğlunun aparıcılıq etdiyi “Kim milyoner olmaq istəyir?” proqramının sonuncu buraxılışında iştirakçıya Qarabağla bağlı “Dövrümüzdə bir hissəsi Ermənistanın işğalı altında olan Azərbaycana aid tarixi və coğrafi bölgənin adı nədir?”,- sualı verilib.

 

Kənan İmirzalıoğlu həmin kadrı da tvitter hesabında paylaşaraq “Bütün dünya bu cavabı yəqin ki, bilir”- şərhini yazıb.

 

Kənan eyni zamanda Azərbaycana dəstək olan tvitter istifadəçilərinin bir-birini izləməsini, bu halda daha güclü olacağımızı bildirib.

Tarix: 19 Oktyabr 2020, 10:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin