BURADA REKLAMINIZ OLA
BİLƏR

Qarabağ icmasının sədri deputatlığa namizədliyini irəli sürdü

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev deputatlığa namizədliyini irəli sürüb.

 

Bu barədə Pravda.az-a Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasından məlumat verilib.

 

Bildirilib ki, Tural Gəncəliyev 122 saylı Xankəndi Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizədliyini verib.

 

Qeyd edək ki, 2020-ci ilin fevral ayının 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Tarix: 25 Dekabr 2019, 14:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin