BURADA REKLAMINIZ OLA
BİLƏR

Akif Nağı da deputat olmaq istəyir

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

 

 Pravda.az-ın xəbərinə görə, bu barədə Akif Nağı özü məlumat verib.

 

"Parlament seçkilərinə 9 saylı Binəqədi seçki dairəsindən qatılacam. Bu gün namizədliyimin irəli sürülməsi üçün dairə seçki komissiyasına ərizə ilə müraciət etmişəm".

 

Qeyd edək ki, ötən parlament seçkilərində də Akif Nağı namizədliyini 9 saylı Binəqədi seçki dairəsindən irəli sürmüşdü.Modern.az

Tarix: 25 Dekabr 2019, 15:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin