Ermənistanda yüksək rütbəli məmurların fərarilik etdikləri məlum olub.
Pravda.az xəbər verir ki, bu barədə Qondarma Dağlıq Qarabağ hökumətinin “rəhbəri” Araik Arutyunyanın "Facebook" səhifəsində məlumat paylaşılıb. Səfərbərlikdən yayınan, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisindən müharibə qorxusu ilə qaçan məmurlar vəzifələrindən azad olunublar.
Qondarma rejimin işdən çıxarılan məmurlarının siyahısı belədir:
"“Prezident”in köməkçisi" Rudik Martirosyan
"Baş Prokurorun müavinləri" Erik Verdiyan və Sasun Qabrielyan
"Dövlət Statistika Şurasının üzvü" Armen Soqomonyan