Məlum olduğu kimi, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib. Bir çox media nümayəndələri və tanınmış şəxslər parlament seçkilərində iştirak edəcəklərini bildiriblər.
Ziya Məmmədov deputatlığa namizədliyinin irəli sürməsi ilə bağlı iddialara münasibət bildirdi
Sosial şəbəkələrdə sabiq Nəqliyyat naziri Ziya Məmmədovun da deputatlığa namizədliyini verəcəyi ilə bağlı iddialar səsləndirilib.
Z.Məmmədov yayılan xəbərlərə münasibət bildirib: "Xeyr, yayılan xəbərlər şayiədir. Mənim növbədənkənar parlament seçkilərinə qatılmaq fikrim yoxdur. Əgər belə bir fikirim olsaydı, açıqlayardım".Unikal.org