“Vəziyyətin aydınlaşmasını gözləmək lazım olduğu üçün Kreml ABŞ-dakı prezident seçkiləri ilə əlaqədar hələ şərh vermir”.
Pravda.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Əlbəttə ki, ABŞ-dakı mövcud vəziyyət heç bir şəkildə fikir bildirməyə imkan vermir. Baş verənlərin aydınlaşmasını gözləmək lazımdır”, - Peskov qeyd edib.
O, Rusiyanın bundan əvvəlki prezident seçkilərinə müdaxilə etməsi ilə bağlı suala cavab verməkdən imtina edib: “Ölkəmizə aid olan hər şey, təəssüf ki, ABŞ-da öküz üçün qırmızı parça kimi qəbul edilir, buna görə indi heç bir şeyə münasibət bildirmirik. Amerikalılar öz işləri ilə məşğul olmalıdırlar”.
Peskovun fikrincə, ABŞ-dakı prezident seçkilərinin nəticəsi ilə bağlı qeyri-müəyyənlik dünyada gedən proseslərə, xüsusən iqtisadiyyata mənfi təsir göstərə bilər: “Eyni zamanda, bu qeyri-müəyyənlik dövrünün nə qədər davam edəcəyini, bu təsirin nə qədər güclü olacağını görəcəyik”.