Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Qəhrəman topçu barəsində nalayiq ifadə işlətdiyi deyilən məktəb direktoru danışdı: “Səhv olub” - FOTO

4 573
Paylaş:
Qəhrəman topçu barəsində nalayiq ifadə işlətdiyi deyilən məktəb direktoru danışdı: “Səhv olub” -       FOTO

Azərbaycan ordusunun qəhrəman topçusu Vüsal Şahkərimov barəsində nalayiq ifadə işlətdiyi bildirilən Bakının 102 saylı məktəbinin direktoru Maisə İsmayılova açıqlama yayıb.

Pravda.az-ın xəbərinə görə, M.İsmayılova deyib ki,onun adından yazılan şərh texniki qüsurun nəticəsidir.

“Belə ki, mənim bir erməni hərbçisi haqqında olan məqaləyə yazdığım komment səhvən döyüşçü balamız barədə olan yazıya şərh olaraq gedib. Xahiş edirəm, nəzərə alasınız. Mən bir pedaqoq kimi ömrümü yeni nəslin vətənpərvər ruhda tərbiyyəsinə həsr etmişəm və bunu məni, ailəmi tanıyanlar, fəaliyyətimə bələd olanlar bilir. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Var olsun müzəffər ordumuz!” – direktor qeyd edib.

Paylaş:

Ən son xəbərlər