Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

Emin Milli deputatlığa namizədliyini irəli sürən xanıma dəstək ifadə etdi

1 740
Paylaş:
Emin Milli deputatlığa namizədliyini irəli sürən xanıma dəstək ifadə etdi

“Meydan Tv”nin sabiq rəhbəri Emin Milli 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri və “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının milli mətbuat katibi Nigar Arpadaraiyə dəstək ifadə edib.

Pravda.az-ın xəbərinə görə, E.Milli N.Arpadarainin seçkilərdə qalib gələcəyinə inandığını bildirib.

O, N. Arpadarainin namizədliyinin irəli sürməsi ilə bağlı sosial şəbəkədə yazdığı statusa belə şərh yazıb: “Uğurlar! Sən buna layiqsən! Sən bacaracaqsan!”

Sabiq deputat Ceyhun Osmanlı da xanım namizədin bu addımını dəstəkləyib.

Qeyd: Nigar Arpadarai namizədliyini 29 saylı Səbail seçki dairəsindən irəli sürüb. Hazırda həmin seçki dairəsinin deputatı Şəmsəddin Hacıyevdir.

Paylaş:

Ən son xəbərlər