Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivlikdə davam edib.
Hazırda döyüş əməliyyatları bu istiqamətlərdə gedir – RƏSMİ AÇIQLAMA
Bu barədə Pravda.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulub. Cəbhənin bəzi sahələrində düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.