V çağırış Milli Məclisin deputatı Adil Əliyev 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak üçün imzaların toplanmasını başa çatdırıb.
Adil Əliyev: “Ən güclüləri 20 saylı Nərimanov ikinci seçki dairəsinə dəvət edirəm”
Pravda.az-ın xəbərinə görə, sənədlər 20 saylı Nərimanov ikinci seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilib.
A.Əliyev deputat seçilmək iddiasında olanlara da səslənib: “Ən güclüləri namizədliyimi irəli sürdüyüm seçki dairəsinə dəvət edirəm. Gəlsinlər, görsünlər seçki necə keçirilir. Seçkilər bitəndən sonra əsassız fikirlər səsləndirmək düzgün deyil”.