“Son illər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasətini bəyənmədiyimi, onun Azərbaycana qarşı səmimi olmadığını bildirib çoxsaylı tənqidi fikirlər bildirmişəm. Son hadisələr göstərdi ki, səhv edib ciddi haqsızlığa yol vermişəm”.
Azərbaycanın tanınmış hüquqşünası Ərdoğanı tənqid etdiyinə görə üzr istədi
Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.
“Bu gün buradan yanlışlıq etdiyimi etiraf edərək Ərdoğanı dəstəkləyib səhifələrimdə etirazını bildirənlərdən üzr istəyirəm. Bildirirəm ki, həyat göstərdi ki, Ərdoğan böyük siyasətçi və türk dünyasını səmimi sevən böyük Liderdir. Ərdoğana can sağlığı, uzun ömür və türk dünyası üçün bundan sonra da görəcəyi böyük işlərdə uğurlar arzulayıram!” – A.İsmayılov qeyd edib.