Məzmuna keç
Pravda.az — xəbər portalı
İdman

Azərbaycanda 7 futbolçu cəzalandırıldı

1 162
Paylaş:
Azərbaycanda 7 futbolçu cəzalandırıldı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Pravda.az-ın xəbərinə görə, yığıncaqda Birinci divizionda çıxış edən “Neftçi-2”, MOİK  və “Binə” futbol klublarının bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar müzakirə olunub.

AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçuları və digər futbol funksionerləri, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub. Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq bütün adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur:

“Qaradağ Lökbatan” (I Divizion)

1. Məmmərzayev Tural – futbolçu

MOİK (I Divizion)

1. Həsənov Orxan – futbolçu

2. Ağakərimzadə Yamin – futbolçu

3. Yaqubzadə Raul – futbolçu

"Forza Neftçi" (Futzal, I Liqa)

1. Məmmədov Elmir – məşqçi

“Keşlə”

1. Babayev Mehman  - məşqçi

2. Səfərov Asəf – klub rəsmisi

Qeyd: Siyahıda sanksiyaya məruz qalan şəxslərin son klubları göstərilib

Paylaş:

Ən son xəbərlər