BURADA REKLAMINIZ OLA
BİLƏR

Bahalı avtomobil almaq istəyən icra başçısı deputatlığa namizədliyini irəli sürdü - Cavid Qurbanovu əvəzləyəcək

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov ölkədə keçiriləcək növbədənkənar Parlament Seçkilərində iştirak edəcək.

 

Pravda.az-ın xəbərinə görə, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin qərarına əsasən, A.Məmmədov 123 Saylı Kəlbəcər Seçki Dairəsindən namizədliyi irəli sürülüb.

 

Qeyd edək ki, bundan əvvəl bu dairənin deputatı Cavid Qurbanov olub.Unikal.org

 

Xatırlatma: Kəlbəcər Rayon İcra Hakimiyyəti qurumun aparatı üçün “Mercedes Benz S350" model minik avtomobilinin alınması üçün tender elan etmişdi. Həmin avtomobilin yeni modelinin satış qiyməti 145 min dollardan (221 min manat) başlayır. Məsələ ictimailəşdikdən sonra icra hakimiyyəti bahalı avtomobil almaqdan imtina edərək, "Khazar Peugeot” alıb.

 

Tarix: 27 Dekabr 2019, 16:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin