Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

“Kəlbəcərdə, Laçında, Ağdamda dünən-srağagün tikdikləri kilsələri tarixi abidə kimi qəbul etmək məcburiyyətində deyilik”

1 187
Paylaş:
“Kəlbəcərdə, Laçında, Ağdamda dünən-srağagün tikdikləri kilsələri tarixi abidə kimi qəbul etmək məcburiyyətində deyilik”

“Azərbaycan xalqı həmişə dini tolerantlığı ilə seçilib. Bakıda və Azərbaycanın digər rayonlarında qeyri-müsəlmanların ibadət yerlərinə, xüsusilə də Alban kilsələrinə hörmət bəsləyib, təmir edib, abadlaşdırıb. Lakin Ağdamdakı Tigranakertdəki (Şahbulaq qalası) kimi qondarma erməni məbədlərinin  tarixi abidə kimi qorumağın tam əleyhinəyəm”.

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyib.

“Qarabağın azad olunmuş ərazilərində yerləşən ermənilər məscidlərində donuz saxlayanda heç onlara irad tutan tapılmırdı. Fikrimcə, Kəlbəcərdə, Laçında, Ağdamda dünən-srağagün tikdikləri kilsələri tarixi abidə kimi qəbul etmək məcburiyyətində deyilik. Bu tarixi yenidən saxtalaşdırmaq olardı” – Q.İbadoğlu qeyd edib.

Paylaş:

Ən son xəbərlər