BURADA REKLAMINIZ OLA
BİLƏR

Cavanşir Paşazadə: “Hər şey xalqın səsindən asılıdır”

“Namizədliyimi növbəti dəfə irəli sürdüyünə görə Prezident İlham Əliyevə, hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyinə minnətdarlığımı bildirirəm. Namizədliyim 75 saylı Lənkəran – Masallı seçki dairəsindən irəli sürülüb. Seçicilərimə güvənirəm. İnanıram ki, onlar mənə etimad göstərərək növbəti dəfə deputat seçəcəklər. Hər şey xalqın səsindən asılıdır...”.

 

Bunu Pravda.az-a açıqlamasında V çağırış Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

 

C.Paşazadə xatırladıb ki, 2005-ci ildən 75 saylı Lənkəran – Masallı seçki dairəsinin deputatıyam: “Bu müddət ərzində daim seçicinin yanında olmuşam, problemlərinin həllində köməklik göstərmişəm. Görülən işləri ictimailəşdirməyi məqbul hesab etmirəm. Bunu seçicilərim də bilir. Deputatı olduğum seçki dairəsinin hüdudlarına yaxından bələdəm, oradakı insanların hər biri mənə əzizdir. Deputat olsam da, olmasam da həmin insanlarla birgə addımlayacağam. Növbəti də dəfə etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm”.

Tarix: 28 Dekabr 2019, 09:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin