Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

FHN işçiləri gəldi, xalq artisti evində yıxılı vəziyyətdə tapıldı - FOTO

1 926
Paylaş:
FHN işçiləri gəldi, xalq artisti evində yıxılı vəziyyətdə tapıldı -       FOTO

"Xalq artisti Səfurə İbrahimovadan 2-3 gündür ki, xəbər yox idi. Tənha yaşayan aktrisa nə çölə çıxır, nə də telefonuna zəng çatırdı. Tez-tez əlaqə saxlayırdıq, başım xəstəliyimə qarışdığından son günlər zəng etmək imkanı tapmırdım"

Pravda.az xəbər verir ki, bu sözləri aktrisanın yaxını jurnalist Əli Novruzəliyev bildirib.

O, aktrisanın qardaşı qızı ilə əlaqə saxladığını bildirib:  

"Az öncə aktrisanın qardaşı qızı Könül xanımla əlaqə saxladım. Qonşularının  FHN və polis əməkdaşlarına müraciətindən sonra onlar aktrisanın yaşadığı mənzilin qapısını açmağa müvəffəq olublar. Səfurə İbrahimova  evində yıxılı vəziyyətdə tapılıb. Şükür Allaha ki, başqa bir hal baş verməyib"  deyə bildirib. O xalq artistinin vəziyyətinin hal-hazırda yaxşı olduğunu bildirib.Moderator.az

Paylaş:

Ən son xəbərlər