BURADA REKLAMINIZ OLA
BİLƏR

Kilsəyə hücum oldu - Ölən və yaralananlar var

ABŞ-da kilsəyə hücum olub, ölənlər var.

 

Pravda.az-ın xəbərinə görə, Kaliforniya ştatının San-Xose şəhərindəki baptist kilsəsinə hücum olub.

 

Kilsədəkilərə bıçaqla hücum edilib, hadisə nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.

 

Polisin məlumatına görə, yaralıların bəzilərinin vəziyyəti ağırdır, eyni zamanda hadisə baş verən zaman kilsədə ibadət olmayıb.

 

Hadisənin qurbanları soyuqdan qorunmaq üçün kilsəyə sığınmış evsiz şəxslər olub.

 

Hadisəni törədənlərin kimliyi və insidentin motivi hələlik bəlli deyil.APA

Tarix: 23 Noyabr 2020, 11:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin