“National Geografic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Rza Diqqəti Ermənistanın oktyabrın 27-də Bərdə rayonunda mülki şəxslərin sıx məskunlaşdığı və hərəkətdə olduğu əraziləri kasetli bombalardan atəşə tutması nəticəsində həlak olan Bərdə rayon sakini, 27 yaşlı Niftalı Paşayevin dəfn mərasimini işıqlandırıb.
Pravda.az xəbər verir ki, fotojurnalist dəfn zamanı çəkdiyi şəkilləri öz instaqram hesabında paylaşaraq belə şərh verib:
“Paşayev Niftalı 27 yaşında idi. Bərdə şəhərində bir bankda işləyirdi. Kaset bombaları şəhərin mərkəzinə düşəndə insanları içəri buraxmaq üçün bankın qapısını açmışdı. Onların həyatını xilas etdi. Qəlpələrdən biri başını yaraladı. Ölmədən əvvəl 10 gün xəstəxanada yatdı.






