Hazırda ölkədə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərə hazırlıqlar davam edir. Dairələr üzrə namizədliklərini verən deputatlığa iddialılar imza vərəqələrini doldurmaqla məşğuldurlar.
Pravda.az-ın xəbərinə görə, artıq imza vərəqlərini dairələrə təqdim edərək, namizədliklərini qeydə aldıranlar da var. Bunlardan biri də 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd olan Muradov Raqif Murad oğludur.