Natamamlıq kompleksi.
Tarixi çəkişmələrin, müharibələrin insanlığa vurduğu zərərin, dəhşətin ölçüsünün hansısa meyarlarla müəyyənləşdirilməsi mümkünsüzdür. Dövlətlərarası, millətlərarası qarşıdurmalar, müharibələr isə, sözsüz, insan beyninin məhsuludur. Hər bir xalq, millət, özünün seçdiyi liderin, yetişdirdiyi ziyalı təbəqəsinin formalaşdırdığı ideologiyanın daşıyıcısıdır. Əgər bəşəriyyət tarixində işğalçılıq müharibələrinin təşəbbüskarlarının şəxsi keyfiyyətlərinə diqqət etsək, onlarda ümumi identik psixoloji cizgiləri görmək mümkündür. Tam əksəriyyətinin şəxsi natamamlıq hissindən əziyyət çəkmələri faktdır.
Müharibələrin əmələ gətirdiyi nəticələrdən biri də milli ideologiyanın formalaşması, xalqın genetik yaddaşına müəyyən korrektələr olunmasıdır. Xalqın kritik məqamlarda əsil dostunun və yaxud düşmənin kimliyini əyani şəkildə tanımaq imkanının olmasıdır.
Hər bir millətin özünə məxsus tarixi həqiqətləri, doğru hesab etdiyi yanaşmaları mövcuddur. Buna təbii baxmaq lazımdır. Ancaq, beynəlxalq hüquq, sosial ədalət, birgə yaşayış adında normalar və ümumbəşəri dəyərlərdə var ki, hamı tərəfindən qəbul edilmiş və hər kəsin əməl etməsi olduqca vacibdir. Əks halda, dünyada sülh və əmin-amanlıqdan danışmağa dəyməz.
SSRİ dağıldıqdan sonra Azərbaycan xalqı, müstəqil dövlətini qurmaq, ərazi bütövlüyünü bərpa etmək üçün tarixin bir çox sınaqlarından keçdi. İşğala məruz qalmasına rəğmən, dünya birliyi tərəfindən ikili standartlara söykənən ədalətsizliklərlə, öz geosiyasi maraqlarını təmin etmək üçün ən müxtəlif üsullardan istifadə edən supergüclərin təzyiqləri ilə üzləşdi. 30 il beynəlxalq birlikdən haqq sözünün eşidilməsini, ədalətin bərpasını gözlədi... Uzun illər ərzində on minlərlə məcburi köçkün öz torpaqlarına qayıtmaq arzusu ilə dünyasını dəyişdi.
Zaman keçdi. Maskalar cırıldı. Aydın oldu ki, problemləri həll etməli beynəlxalq təşkilatlar, dövlətlər və onların rəhbərləri üzdə bir fikir səsləndirir, arxada işğalçını silahlandırırmaqla gizli dəstək verir, daha da ruhlandırırlar.
Belə dövlətlər arasında öz fəallığı ilə Fransa və onun prezidenti Makron xüsusilə seçilir. Onun ziddiyətli hərəkətləri 20-ci əsrdə faşizmdən ən çox əziyyət çəkən avropa xalqlarını yeni təhlükələr qarşısında üz-üzə qoyur. Adam 1400 ildən artıq tarixə malik islam dinini təftiş edir, islam mədəniyyətinə dəyişikliklər etməklə, müsəlmanların davranış qaydalarını müəyyənləşdirir. İslam müqəddəslərini təhqir edənləri təşviq edir. İraqda, Suriyada terrorçuları açıq şəkildə dəstəkləyir, Liviyada qiyamçı marşal Haftəri silahlandırır, dövlətinə heç bir aidiyyəti olmayan Şərqi Aralıq dənizində yunan Kipri ilə qarşılıqlı hərbi yardım haqqında müqavilə imzalamaqla yeni müharibə ocağını qızışdırır. Bəzi Avropa və Türkiyə ilə soyuq münasibəti olan Afrika ölkələrini bir araya toplayaraq koalisiya yaratmağa çalışır. İslam Peyğəmbərinə (s.a.s) mənfi münasibətini açıq şəkildə göstərməklə, Misir, Livan, BƏƏ və bir çox müsəlman ölkələrini Türkiyə ,onun Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı birləşməyə çağırır. Qətər dövlətinin başçısına irad bildirir ki, “siz olmasaydınız, biz Türkiyəni iqtisadi cəhətdən çökdürmüşdük”. Təbii ki, Əmir tərəfindən layiq olduğu cavab isə, şəxsiyyətinə vurulmuş əsil tərs şapalaq idi. Sağ olsun. Ümumiyyətlə, adlarını çəkdiyim və çəkmədiyim ölkələrdə Türkiyə əleyhinə apardığı siyasətinin biabırçılıqla iflasa uğramasına baxmayaraq əməllərindən əl çəkmir.
Vətən müharibəsi başlanan kimi, erməni dostlarının verdiyi feyk-xəbərlər əsasında, Azərbaycan Prezidenti İlham Əliyevə zəng edir, hansısa muzdluların iştirakı ilə bağlı məlumatların olduğunu bildir. Faktlar tələb edildikdə isə, yalan danışdığı aydınlaşır.
Erməni işğalçılarını xilas etmək üçün dəfələrlə Rusiya, Amerika, Azərbaycan prezidentlərinə atəşkəs üçün çağırışlar etsə də, onun sözləri ciddiyə alınmır. Müharibə başa çatır, üçtərəfli bəyannamə imzalanır.Ermənistan kapitulyasiya aktını imzalayır. Amma bu adam Minsk qrupu çərçivəsində danışıqların davam etdirilməsindən danışır.