Məlum olduğu kimi, Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Pravda.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edərək bütün laçınlıları təbrik edib: "Əziz həmvətənlər. Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Biz bir güllə atmadan Laçın rayonunu qaytardıq, düşməni buna məcbur etdik".