Azərbaycanın sabiq Prezidenti Ayaz Mütəllibov Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə xalqı təbrik edib.
Pravda.az-ın xəbərinə görə, təbrik də deyilir:
“Xalqımızı, eləcə də dövlət rəhbərliyini hər iki bayram münasibətilə təbrik edir, növbəti ildə ümummilli problemlərimizin həllində, o cümlədən işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda mübarizədə uğurlar diləyir, birlik, həmrəylik, yenilməz güc arzulayıram.
31 Dekabr - Həmrəylik bayramı Azərbaycan xalqının və müstəqil dövlətçiliyimizin taleyində önəmli rol oynayır. Dünyanın müxtəlif qitə və ölkələrindəki soydaşlarımızın varlığı bizə inam və güc verir. Qarabağın işğaldan azadlığı naminə ölkədaxili və xaricdəki birliyimizi möhkəmləndirməli, eləcə də diaspor və lobbi fəaliyyətimizi gücləndirməliyik. Tarix göstərir ki, yalnız əsl birlik və həmrəylik nümayiş etdirə bilən xalqlar öz müstəqillikləri və dövlətçiliklərini qoruyur, problemlərini həll edir, amal və məqsədlərinə çataraq tarixdə silinməz iz qoyurlar.