“Milli Məclisin plenar iclaslarının onlayn formatda keçirilməsi bu gün gündəmdədir”.

Pravda.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, hazırda bununla bağlı iş gedir: “Bəzi texniki məsələlər həllini tapmalıdır. Bu formatda plenar iclasın nə zaman keçiriləcəyi bilinmir. Amma bunu etmək üçün iş gedir”.