BURADA REKLAMINIZ OLA
BİLƏR

Tofiq Musayev dünya çempionu oldu

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev Yaponiyanın Saitama şəhərində “Rizin Gran Prix 2019” turnirinin qalibi olub.

 

Pravda.az-ın xəbərinə görə, azərbaycanlı döyüşçü Qran-Pri turnirinin finalında “Pitbull” ləqəbli Patriki Freyreni məğlub edib.

 

Birinci raundda əlinin sınmasına baxmayaraq, döyüşü davam etdirən T.Musayev ikinci raundda rəqibini rinqdən kənara atıb və xal hesabı ilə qalib gəlib. Bununla da o, “Rizin Gran Prix 2019” turnirində yüngül çəkidə dünya çempionu olub.

 

Bu qələbə isə Tofiq Musayevin 18-ci qələbəsi olub.

 

Qeyd edək ki, həmyerlimiz bundan əvvəl oktyabrın 12-də Yaponiyada avstraliyalı rəqibi Damien Braunla qarşılaşıb və cəmi altı dəqiqəyə ona qalib gəlib. Daha sonra amerikalı Conni Keys ilə qarşılaşan idmançımız rəqibinə vaxtından əvvəl, birinci raundda nokauta salmaqla qalib gəlib.

Tarix: 31 Dekabr 2019, 15:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin