Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

“Bu, beynəlxalq hüquqa qarşı növbəti saymazyana münasibətin təzahürüdür” - Lavrov

1 459
Paylaş:
“Bu, beynəlxalq hüquqa qarşı növbəti saymazyana münasibətin təzahürüdür” -     Lavrov

Rusiyadan S-400 zenit-raket sistemləri əldə etməsi ilə əlaqədar Vaşinqton tərəfindən Ankaraya qarşı sanksiya tətbiq edilməsi beynəlxalq hüquqa təkəbbürlü münasibətin təzahürüdür.

Pravda.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiya qərarına münasibət bildirərkən deyib.

“Bu, əlbəttə ki, beynəlxalq hüquqa qarşı növbəti saymazyana münasibətin təzahürüdür, ABŞ-ın illərdir – artıq on illərdir – sağa-sola istifadə etdiyi qeyri-qanuni, birtərəfli məcburetmə tədbirlərinin göstəricisidir”, - Lavrov belə deyib.

Onun sözlərinə görə, bu cür davranış beynəlxalq arenada ABŞ-ın nüfuzunu artırmır.

Paylaş:

Ən son xəbərlər