Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

Xankəndinin deputatı koronavirusdan sağaldı - FOTO

1 312
Paylaş:
Xankəndinin deputatı koronavirusdan sağaldı -       FOTO

122 saylı Xankəndi seçki dairəsinin deputatı Tural Gəncəliyev koronavirusdan sağalıb.

Pravda.az-ın xəbərinə görə, bu barədə T.Gəncəliyev özü məlumat verib.

“Təəssüflə bildirmək istəyirəm ki, dünyamızın üzləşdiyi COVID19 qlobal pandemiyası məndən də yan keçmədi və noyabr ayında bu virus səbəbindən səhhətimdə çox ciddi problemlər yarandı. Şükürlər olsun ki, artıq sağlamlığım bərpa olunmağa başlayıb. Yaxın müddətdə daha da yaxşı olacağıma ümidvaram. Özümüzün və əzizlərimizin həyatını qorumaq naminə bir daha hər bir vətəndaşımızı diqqətli olmağa və karantin qaydalarına ciddi əməl etməyə dəvət edirəm. Əminəm ki, Azərbaycan xalqı işğalçılara qarşı apardığı Vətən müharibəsində olduğu kimi, görünməyən düşmənə qarşı mübarizədə də qalib gələcək! Sağlam qalın ki, Qarabağımızı birlikdə yenidən quraq və qoruyaq! – T.Gəncəliyev bildirib.

Paylaş:

Ən son xəbərlər