Milli Məclisin deputatı Adil Əliyev noyabrın 16-da Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlılarla görüşəcək.
Adil Əliyev “Klaviatura qəhrəmanlarını” görüşə çağırdı: “Qorxmayın, gəlin”
Pravda.az xəbər verir ki, bu barədə A.Əliyev özü məlumat verib.
Deputat orada yaşayan hər bir azərbaycanlını görüşə çağırıb: Keçiriləcək “Azərbaycan həqiqətləri” adlı tədbirə Sankt - Peterburqda yaşayan həmyerlilərimizi və ürəyi istəyən, müxtəlif fikirli, əqidəli, eləcə də “klaviatura qəhrəmanlarını” dəvət edirəm. Qorxmasınlar gəlsinlər, Azərbaycandan tək gedirəm. Özüm də dövlətimizi və Prezidentimizi dəstəkləyirəm. Hər zaman xalqımızın yanındayam”.