Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Xankəndi şəhərinin meri olmaq istəyir. Bu barədə o, “Space” TV-nin “Qırmızı xətt” verilişindəki çıxışı zamanı bildirb.
H.Hacıyev deyib ki, ondan başqa heç kim Xankəndidə yaxşı qayda-qanun yarada bilməz.
Partiya sədri Xankəndidə yaşayan ermənilərin dilini ondan yaxşı heç kimin bilmədiyini vurğulayıb.
“Mən Qarabağ ermənilərini öz bildikləri dildə başa salacam ki, əgər bizimlə yanaşı yaşayırsınızsa yaşayın, yaşamaq istəmirsinizsə, öz xoşunuzla buranı tərk edib gedin”.