Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Abbas Bağırov: “Müğənnilərin Qarabağa getməkdə məqsədi erməni separatçılarını sındırmaqdır”

1 980
Paylaş:
Abbas Bağırov: “Müğənnilərin Qarabağa getməkdə məqsədi erməni separatçılarını sındırmaqdır”

Əməkdar artist Abbas Bağırov incəsənət nümayəndələrinin Şuşaya getməsini tənqid edənlərə cavab verib.

Pravda.az xəbər verir ki, Abbas Bağırov İnstaqram hesabında bu sözləri yazıb:

“Bu gün bir-birimizə dəstək olmalıyıq. Sosial şəbəkələrdə özümüzünkülərə lazımsız tənqid, təhqir və ya xoşagəlməz sözlər yazmaqdansa birlik nümayiş etdirin. Kim Şuşaya getdi, kim Ağdama getdi... Əzizlərim, öz azərbaycanlımız gedib! Erməniyə də deyirsiniz Qarabağada nə işiniz var, Azərbaycan vətəndaşı olan incəsənət nümayəndələrinə də deyirsiniz orada nə işiniz var?!

Vaxt gələcək hamımız torpaqlarımızda yaşayıb-yaradıb, quracağıq. Əlbəttə ki, bu günləri bizə yaşadan ordumuza, şəhidlərimizə borcluyuq! Bilsəniz ki, ermənilər bu gün necə yanıb-tökülürlər!? Onlara istənilən yolla qan uddurmalıyıq.

Azərbaycan incəsənət nümayəndələrinin Qarabağ bölgəsinə getməkdə məqsədi əsgərlərimizə mənəvi dəstək vermək, alçaq erməni separatçılarını bir az da sındırmaqdır. Bu sözlərimi bəzi şir balalara ünvanlayıram ! Azərbaycanın 2832 şəhidi var. Allah o mərd oğullarımıza rəhmət eləsin və onları hörmətlə anaq və unutmayaq! Azərbaycanın qaziləri var, onlara Allahdan şəfalar diləyirik.

Heç kimi qınamayın və tənqid etməyin. "Sən bu müharibə ərzində neynəmisən" sualını hamıya şamil etmək olmaz. Allah hər kəsin ürəyinə görə versin!”

Paylaş:

Ən son xəbərlər