Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

Deputat: “Ayağı, qolu olmayan, başı üstündə dayanmayan adam evə yol maşını ilə gəlməli deyil”

1 369
Paylaş:
Deputat: “Ayağı, qolu olmayan, başı üstündə dayanmayan adam evə yol maşını ilə gəlməli deyil”

“Bir neçə yerdə hərbi hospitalımız var. Dövlət yaralılara bütün xidmətləri göstərir. Amma qazilər xəstəxanadan çıxandan sonra məsələ bitir. Onlar diqqətdən kənarda qalırlar”.

Pravda.az-ın xəbərinə görə, bunu deputat Razi Nurullayev deyib.

R.Nurullayev qeyd edib ki, yaralıların evlərinə çatdırılması nəzərə alınmır: “Onun iki ayağı yoxdursa, yolda “KamAz”ı saxlatdırıb minib gedə bilməz. Həmin insanlar xüsusi avtomobillərlə evlərinə təhvil verilməlidir. Ayağı, qolu olmayan, başı üstündə dayanmayan adam evə yol maşını ilə gəlməli deyil. Bu məsələ həll edilməlidir”.

Paylaş:

Ən son xəbərlər