Dekabrın 14-də Ermənistanın əsir və girovluğundan azad edilmiş həmvətənlərimizdən olan Şahbaz Quliyev müalicə aldığı xəstəxanadan evə buraxılıb. Şahbaz Quliyev ümumi vəziyyəti və girovluqda saxlanılan zaman başına gələn hadisələri ''Xəzər Xəbər''ə danışıb. Şahbazı qarşılayanlar arasında onun 6 ildən çox erməni girovluğunda saxlanılmasından xəbərsiz olan anası da olub. Duyğulu anlar yaşanıb. Sözlə ifadə etmək asan deyil.
6 il qanunsuz olaraq erməni girovluğunda sağlanılan Şahbaz Quliyev müalicə aldığı xəstəxanadan evə buraxıldı.
Ailə üzvləri və qohumları ilə yanaşı Şahbazı qarşılayanlar arasında onun girovluğda saxlanılmasından xəbərsiz olan anası Sənəm Quliyeva da olub.Şahbazın anası ilə görüşməsi isə duyğulu anlar yaşadıb.
Müalicə aldığı xəstəxanadan evə gələn Şahbaz Quliyev ümumilikdə vəziyyəti bağlı danışıb.
Şahbazın sözlərinə görə 6 il erməni girovluğunda saxlanılan zaman ona işgəncələr verilib.Ancaq O, buna baxmayaraq bir gün sağ-salamat vətənə qayıdacaqları günü gözləyib.